Azərbaycan Dövlət Rəqs Ansamblı Türkiyədə keçiriləcək beynəlxalq festivalda iştirak edəcəkdir
24.8.2011

Sentyabrın 6-dan 11-dək Türkiyənin Mersin bölgəsinin Taşucu qəsəbəsində beynəlxalq festival keçiriləcəkdir.
Festivalda Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında ən populyar xalq rəqslərimiz təqdim ediləcəkdir. Festivalın təşkilat komitəsinin rəhbəri və Taşucu bələdiyyəsinin sədri Yaşar Açıkbaş mediaya açıqlamasında artıq festivala hazırlıq işlərinin yekunlaşdığını bildirmişdir.
Festival çərçivəsində iştirakçılar bölgənin tarixi və turizm məkanları ilə də tanış olacaqlar.