Bakı Dairəvi yolunda (Bakı-Sumqayıt şossesi ilə kəsişmədən "Maşın
bazarı" yol qovşağına qədər) nəqliyyat vasitələrinin hərəkəti tam
məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən,
bu gün saat 11:00-dan etibarən, yolun bağlanması yol cizgiləri
xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən
rənglənməsi ilə əlaqədardır.
Sürücülərə alternativ olaraq Xocahəsən yolundan istifadə etmələri tövsiyə olunur.
Bakıda
bağlanacaq başqa bir yol isə Yusif Səfərov (Afiyəddin Cəlilov küçəsi
ilə kəsişmədən Babək prospekti ilə kəsişməyə qədər) küçəsidir. Bu yolun
da bağlanma səbəbi eynidir. Bu gün saat 22:00-dan etibarən yol cizgiləri
xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən
rənglənməsi ilə əlaqədar həmin yolda nəqliyyat vasitələrinin hərəkəti
tam məhdudlaşdırılacaq.


Milli.Az