Dünyanın ən xoşbəxt adamı bəlli oldu
5.3.2012

Xorvatiyanın Dubrovnik şəhərinin sakini sübut edib ki, uzun illər səbrlə gözlədikdən sonra uğur əldə etmək mümkündür. 30 yaşlı xorvatiyalı 30 il lotoreya oynayıb və nəhayət ki, uğur onun üzünə gülüb.

Jurnalistlərin adını çəkmədikləri Dubrovnik sakininin uğuruna qibtə etməmək mümkün deyil. 30 il ərzində o hər həftə lotoreya bileti alıb. Bu optimistin qəribə bir planı olub. 30 il ərzində, uğur qazanana qədər, o hər həftə lotoreya biletində eyni işarələri qeyd edib.

Kimin ağlına gələrdi ki, inadkar oyunçunun cəhdləri bir gün öz sözünü deyəcək. Heç yarım əsr keçməmiş, “Xorvatiya Lotoreyası”nın rəsmiləri onun kombinasiyasının uğur qazandığını deyiblər. Beləliklə, Dubrovnik sakininin 4 dollarlıq lotoreya bileti “Cek Pot” udub və 2.3 milyon dollar qazanıb. Düzdür, onun bu illər ərzində lotoreya biletlərinə nə qədər pul xərclədiyi heç kimə bəlli deyil.

Qərb mətbuatı yekdil şəkildə Dubrovnik sakinini dünyanın ən xoşbəxt adamı adlandırıb. Dubrovnik sakini etiraf edib ki, bütün bu illər ərzində dostları onun cəhdlərini boş vaxt itkisi adlandırırdı. Amma bu onu həvəsdən salmayıb və o yenə uzun illər boyu lotoreya biletində öz ailəsinin həyatındakı vacib günləri simvolizə edən şifrələri işarələməkdə davam edib.

Dünyanın ən xoşbəxt adamı lotoreyada qazandığı pulları da öz ailəsinin və yaxınlarının həyat şəraitini yaxşılaşdırmaq üçün istifadə edəcəyini deyib.

ANN.Az