Uşaq mahnılarından ibarət yeni albom çıxarılıb
30.5.2014

Bakı Caz Mərkəzində uşaq mahnılarından ibarət “Bu mənəm” adlı albomun təqdimat mərasimi keçirilib.

Təqdimatda “Bu mənəm” layihəsinin rəhbərləri – bəstəkarlar Bəbir Bəbirov və Ülviyyə Bəbirli-Vəliyeva bildiriblər ki, uşaq mahnılarından ibarət albomun buraxılmasının məqsədi bu mahnıları təbliğ etmək, istedadlı uşaqları dəstəkləməkdir.

Qeyd edək ki, uşaq ifalarından ibarət bu albom 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə hazırlanıb.

Alboma daxil olan mahnılar Azərbaycanın istedadlı balaca ulduzları, ölkəni “Junior Eurovision” mahnı müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa olunub.

Tədbirdə həmçinin “Rəngarəng duyğular” uşaq rəsm studiyasının moda nümayişi olub.

Gün.Az