Havaların isinməsi zərif xanım qollarını
bəzəyən bilərzik çılğınlığını tətbiq etməyə icazə verir. Bilərzik
çılğınlığı dedikə bu mövsüm yenidən dəbə daxil olmuş “şahmeran” adlanan
bilərzikləri nəzərdə tuturam. Belə ki, bu yay “şahmeran” bilərziklərin
trend olacağı proqnozlaşdırılır. Onlar zərif qadın əllərini həqiqətən
də şahanə göstərir.
Həm qola, həm də üzüklə birlikdə taxılan bilərziklər əsasən yay
partilərində geyinmək üçün nəzərdə tutulub. Ərəbsayağı aksessuarın daha
sadə modelini saatla birlikdə taxa bilərsiniz. Özəl günlərdə təmtəraqlı
görünməkdən çəkinmirsinizsə, daha iddialı modellərlə çıxış etmək
şansınız var.