İyunun 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Şairlər günü” keçiriləcəkdir.
AYB-nin mətbuat xidmətindən bildirmişlər ki, 1999-cu ildə UNESCO-nun XXX sessiyasında hər il martın 21-ni Dünya Poeziya Günü kimi qeyd etmək barədə qərar qəbul olunmuşdur.
Azərbaycanda martın 21-i Növruz bayramına təsadüf etdiyi üçün bizdə “Şairlər günü”nün iyunun 5-də, görkəmli şair Mikayıl Müşfiqin anadan olduğu gün keçirilməsi qərara alınmışdır.
Artıq dördüncü ildir ki, Azərbaycanda “Şairlər günü” qeyd edilir.
AzərTAc