İyunun 4-5-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində əl işləri festivalı keçiriləcəkdir.
“Kapellhaus”dan bildirmişlər ki, paytaxtımızda ilk dəfə keçirilən bu festivalda müxtəlif texnika ilə işlənmiş tətbiqi sənət nümunələri, o cümlədən bədii yonma, naxış, keramika, xalçaçılıq məmulatları, zərgərlik əşyaları, sandıqçalar və s. təqdim olunacaqdır.
Festivalda işləri nümayiş olunacaq insanları incəsənətə və yaradıcılığa olan sevgi birləşdirir.
AzərTAc