Tanınmış müğənni Radmila Karaklaiç Bakıya gələcək
2.6.2014

İyunun 4-də Yuqoslaviya və Serbiyanın xalq artisti, tanınmış estrada müğənnisi Radmila Karaklaiç Bakıya səfər edəcək.

Səfər çərçivəsində müğənni Bakıya ilə tanış olacaq, Fəxri Xiyabanı ziyarət edəcək, Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Radmilla Karaklaiç 1960-1980-ci illərdə dəfələrlə Azərbaycanda qastrol səfərində olub.

Gün.Az