Axtarış
Başqa şəhərlərdə
Boliviyada bir milyon kub duzdan dünyanın ilk duz oteli inşa edilib. Bu oteldə yataqlardan, bara, restorandan otaqlara kimi hər yer duzla örtülüb. Dünyanın ilk duz oteli duz mədənləri yaxınlığında tikilib. "Palacio de Sal" adlı otel rahatlığına görə, başqa otellərdən heç də geri qalmır. Burada hətta başqa otellərdən fərqli olaraq duz vannaları da var. Oteldə hamının riayət etməli olduğu bir qayda var - heç kim divarları yalaya bilməz. Duzdan sütunlar üzərində tikilən və hər yeri duz otelin rəhbərliyinin ancaq bir şikayəti var. Belə ki, otelin duz olduğuna inanmayan ziyarətçilər divarları yalamaqla onun "dadına baxmaq" istəyirlər. Otellə bağlı daha bir problem isə onun hər dəfə yağışdan sonra bəzi hissələrinin aşınmasıdır. Bunun qarşısını almaq üçün hər dəfə yağışdan sonra aşınan yerlər yeni duzlarla bərpa edilir. Eskimoların qardan evlərini xatırladan otelin 21 otağı, 48 yatağı var. Otelin mətbəxində hazırlanan yeməklər də duzda hazırlanır. Dünyanın ilk duz otelində bir gecənin qiyməti isə təqribən 120 manatdır. ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.