Moda evlərinin kreativ dizayneləri
yeni mövsümdə öz alıcılarını təəccübləndirməkdə davam edirlər. Belə ki,
yay mövsümünə xas olan çiçək printlərindən başqa, geyimlərdə dəniz
mövzusuna da geniş yer veriblər. Kenzo, Julien David, Miu Mui, Olympia
Le Tan kimi iri moda evlərinin yay kolleksiyalarında dəniz ab-havası
hökm sürür.
Onların yeni kolleksiyası əsasən dəniz mövzusuna həsr olunub. Kenzo
moda evinin dizaynerlərinin: Kerol Lim və Umberto Leonun 2014 yaz-yay
moda həftəsində nümayiş etdiyi kolleksiyası da dəniz mövzusunda idi. Bu
kolleksiyada moda evi Blue Foundation şirkəti ilə əməkdaşlıq edib.
Bununla onlar dünya okeanlarının mikroflorasının qorunması uğrunda
mübarizə aparmaq üçün birlikdə tərəfdaşlıq ediblər. Bundan başqa,
dizaynerlər nümayiş zamanı etiraf ediblər ki, “okean, onun gücü və daimi dəyişikliklər onları həmişə mütəəssir edir”.
Yubkalar, toplar və şortlarda kiçik balıqlar sanki rəqs edir,
şalvarlarda və iri həcmli köynəklərdə müxtəlif üfüqi və şaquli cizgilər,
əsasən göy və qırmızı rənglər diqqət cəlb edir. Elə bir təəssürat
yaranır ki, bu cizgiləri flomasterlə, əllə çəkmisən. Bir növ keçidi
xatırladan göy və qırmızı cizgilər sanki dünya okeanlarında çirklənmənin
və həddən artıq istehsal məqsədilə balıq ovunu dayandırmağın lazım
olduğu mesajını verir.
Yaz-yay mövsümü üçün dizaynerlər dəniz elementlərindən düzəldilən
aksessuar və panamalar təklif edir. Həmçinin ayaqqabı və çantalarda da
dəniz mövzusu kəskin hiss olunur.











publika.az