Axtarış
Başqa şəhərlərdə
Qadın üçün saç aksessuarları ilk dəfə olaraq Qədim Misirdə yaranmağa başlayıb. Saçları yığan lentlər fironların qəbirlərindən tapılıb. Qədim Yunanıstanda dəbə minən saç aksessuarıları sonralar digər xalqlar arasında da yayılmağa başlayır. Geniş baş yaylıqları muncuq və müxtəlif aksesusarlarla bəzədilirdi. Onları isə ancaq subay qızlar taxardı. 60-cı illərin ortalarında saç bantları hippi üslubunun ən məşhur detalına çevrilir. Onda saç bantları rəngarəng saplardan və dəridən hazırlanırdı. Saç bantları bütün dövrlərdə özünəməxsus məna kəsb edirdi və ilk nəzərəçarpan detal olduğu üçün diqqətdən kənarda qalması mümkün deyildi. Bu aksessuarı universal adlandırmaq olar. Onlar hər üz tipinə, geyim tərzinə və saç düzümünə yaraşır. Saç bantları vizual olaraq öz cizgilərini vurğulamaq istəyənlərə məsləhət görülür. Alnı kiçik olanlar saç bantları vasitəsi ilə onu böyük göstərə bilərlər. Əgər alnınız kifayət qədər böyükdürsə, onu saç bantları vasitəsi ilə kiçik göstərə bilərsiniz. Sadəcə alnın ortasından nazik lentlər taxa bilərsiniz.Saç lentləri təkcə nazik və qalınlığı ilə fərqlənmir. Eyni zamanda müxtəlif stillərdə olur. Retro stilində olan saç lentləri güllü və ipək parçalardan tikilir. Saç bantlarını idman üslubu ilə geyinmək olar. İdman üslubunda ya parça eyni rəngdə, ya da üzərində həndəsi və qrafik təsvirlər olmalıdır. Gündəlik istifadə edilən saç bantları isə əsasən pambıq parçadan tikilir. Təmtəraqlı saç düzümləri daha çox muncuqlu, müxtəlif daş-qaşlarla tikilən saç bantları ilə mükafatlandırılır. Saç bantlarının gəlin saçlarını da bəzəmək şansı var. Gəlin aksessuarları açıq rəngli krujuvedan tikilir, üstü isə mirvari ilə bəzədilir. Saç bantlarının digər üstünlüyü ondan ibarətdir ki, istənilən saç uzunluğu ilə taxmaq mümkündür. Oğlan saçlı qızlar saçına abadokla bəzək vura bilər. Saç bantlarını başa bağlamaqla birlikdə, hörüklə də istifadə edə bilərsiniz. Uzun saçlarla saç bantlarından istifadə etməyin variantları daha çoxdur. Dekorativ saç bantları uzun saçlarda çox gözəl görünür. Saç bantları istifadə edərkən saçı açıq qoymaq şərt deyil. Tarım yığılmış, yaxud dağınıq toppuz modeli ilə də saç bantları ilə əla qalır. publika.az
Qadın üçün saç aksessuarları ilk dəfə olaraq Qədim Misirdə yaranmağa başlayıb. Saçları yığan lentlər fironların qəbirlərindən tapılıb. Qədim Yunanıstanda dəbə minən saç aksessuarıları sonralar digər xalqlar arasında da yayılmağa başlayır. Geniş baş yaylıqları muncuq və müxtəlif aksesusarlarla bəzədilirdi. Onları isə ancaq subay qızlar taxardı. 60-cı illərin ortalarında saç bantları hippi üslubunun ən məşhur detalına çevrilir. Onda saç bantları rəngarəng saplardan və dəridən hazırlanırdı.
Saç bantları bütün dövrlərdə özünəməxsus məna kəsb edirdi və ilk nəzərəçarpan detal olduğu üçün diqqətdən kənarda qalması mümkün deyildi.
Bu aksessuarı universal adlandırmaq olar. Onlar hər üz tipinə, geyim tərzinə və saç düzümünə yaraşır. Saç bantları vizual olaraq öz cizgilərini vurğulamaq istəyənlərə məsləhət görülür. Alnı kiçik olanlar saç bantları vasitəsi ilə onu böyük göstərə bilərlər. Əgər alnınız kifayət qədər böyükdürsə, onu saç bantları vasitəsi ilə kiçik göstərə bilərsiniz. Sadəcə alnın ortasından nazik lentlər taxa bilərsiniz.
Saç lentləri təkcə nazik və qalınlığı ilə fərqlənmir. Eyni zamanda müxtəlif stillərdə olur. Retro stilində olan saç lentləri güllü və ipək parçalardan tikilir. Saç bantlarını idman üslubu ilə geyinmək olar. İdman üslubunda ya parça eyni rəngdə, ya da üzərində həndəsi və qrafik təsvirlər olmalıdır. Gündəlik istifadə edilən saç bantları isə əsasən pambıq parçadan tikilir. Təmtəraqlı saç düzümləri daha çox muncuqlu, müxtəlif daş-qaşlarla tikilən saç bantları ilə mükafatlandırılır. Saç bantlarının gəlin saçlarını da bəzəmək şansı var. Gəlin aksessuarları açıq rəngli krujuvedan tikilir, üstü isə mirvari ilə bəzədilir.
Saç bantlarının digər üstünlüyü ondan ibarətdir ki, istənilən saç uzunluğu ilə taxmaq mümkündür. Oğlan saçlı qızlar saçına abadokla bəzək vura bilər. Saç bantlarını başa bağlamaqla birlikdə, hörüklə də istifadə edə bilərsiniz. Uzun saçlarla saç bantlarından istifadə etməyin variantları daha çoxdur. Dekorativ saç bantları uzun saçlarda çox gözəl görünür. Saç bantları istifadə edərkən saçı açıq qoymaq şərt deyil. Tarım yığılmış, yaxud dağınıq toppuz modeli ilə də saç bantları ilə əla qalır.
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.