Qoç - ehtiyatlı və sərvaxt olun. Olaylar
istədiyiniz istiqamətdə inkişaf etməsə də, situasiya az sonra dəyişəcək.
Sadəcə, bir qədər gözləmək gərəkdir. İşdə rəhbərliklə mühüm məsələləri
müzakirə etməyin. Ümumiyyətlə, rəhbərlikdən uzaq durun. Mövqe və
baxışlardakı fərqlər münaqişə yarada bilər.
Günün ikinci
yarısında alış-verişdə çox pul xərləməyin. Tamamilə gərəksiz əşya almaq
riski çoxdur. Axşam saatlarına yaxın işgüzar fəallıq səviyyəsi aşağı
düşəcək. Süstlük və apatiyaya qapılmayın. Aktiv olun.
Buğa
- mənfi təmayüllərin təsiri artsa da, nikbin olun. Kiçik problemlərə
fikir verməyin. Məqsədə doğru hərəkəti davam etdirin. Hədəfləriniz yaxın
ətrafınızdakı insanlara illüzor təsir bağışlasa da, geri çəkilməyin.
Günün ikinci yarısı yeni işə başlamaq, çoxdan sizi cəlb edən sahədə qüvvələri sınamaq üçün yararlıdır.
Səfər
və ya səyahət üçün pis zaman deyil. Alış-verişdə arzuladığınız əşyanı
ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə başlayın.
Olayların sərfəli axarından yararlanın.
Əkizlər
- maraqlı və mühüm işə başlamaq üçün münasib zamandır. Uzun müddət
çalışacağınız genişmiqyaslı layihəyə başlamaq olar. Etibarlı müttəfiqlər
tapacaq, çoxdankı işgüzar tərəfdaşlarla münasibətləri bərpa
edəcəksiniz.
Hadisələrin məcrasına təsir imkanlarına malik nüfuzlu insanla tanış ola bilərsiniz.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün yararlıdır. Yaxınlarınızı anlamağa çalışın. Dəyər verdiyiniz insanlarla dil tapın.
Sevdiyiniz insana axşam saatlarında sürpriz edə bilərsiniz.
Xərçəng -
qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı
insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın.
Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.
İşdə
kiçik problemlər, həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna
deyil. İxtilafı xüsusi səylər göstərmədən aradan qaldırmaq olar.
Günün
ikinci yarısı zəruri sənədlərin hazırlanması üçün əlverişli zamandır.
Yeni tanışlıqlar asanlıqla formalaşacaq. Bəyəndiyiniz insanlarla
yaxından tanış olmağa tələsməyin. Bu adamları əvvəlcə öyrənməyə,
tanımağa çalışın. Əks təqdirdə pərişan ola bilərsiniz.
Şir -
uğursuz gün olsa da, narahat olmağa, təşvişə düşməyə dəyməz. Saatlar
keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Səbrli və qayğıkeş olun,
təmkinli davranın. Təxribatlara uymayın. Formalaşmış ənənələr və
qaydalar çərçivəsindən kənara çıxmamağa çalışın.
Günün ikinci yarısında sərvaxt davranın. Haqqınızda şayiələrin yayılmasına, böhtanların çoxalmasına imkan verməyin.
İşdə
və evdə mübahisələr, fikir ayrılıqları olsa da, münaqişənin yaranmasına
imkan verməyin. Yaşam potensialınız yüksəkdir. Səhhətinizdə problemlər
olmayacaq.
Qız - yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər zamanıdır.
Əhvalınızı pozan, mənfi energetikalı insanlarla təmasları minimuma
endirin. Sürəkli şəkildə sizi tənqid edən ancaq çatışmazlıqlarınız və
nöqsanlarınızdan danışan insanlardan uzaq olun.
Son vaxtlar
sizi narahat edən məsələləri rəhbərliklə müzakirə edin. Cavab sizi qane
etməsə belə, düzgün qərar qəbul etməyə imkan verən informasiya əldə edə
bilərsiniz.
Günün ikinci yarısında aktiv çalışın.
Axşam
saatlarını evdə keçirin, yaxınlarınıza vaxt ayırın. Dəvət aldığınız
tədbirlərdən imtina edin. Yeni tanışlarla ehtiyatlı davranın.
Tərəzi
- mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində
ciddi uğurlara nail olmasanız da, irəliləyişlər olacaq. Gözləntiləriniz
tam doğrulmayacaq. İntellektual fəaliyyət, gələcəklə bağlı planların
müzakirəsi üçün pis zaman deyil. Maliyyə və əmlak məsələlərini həll
etmək olar. Yeni tanışlıqlar məhsuldar işgüzar əməkdaşlıq və yeni
tanışlıqlar istisna deyil.
Günün ikinci yarısında yaradıcılıq
poltensialı yüksəkdir. İdeyalar pis deyil. Qərarlarınız orijinal və
məntiqli olmalıdır. Yaşamınızda köklü dəyişikliklər zamanı çatıb.
Əqrəb
- günün ilk yarısında ehtiatlı olun. Mənfi təmayüllərin təsiri
böyükdür. Yanlışlıq və səhv riski artır. Situasiya zaman keçdikcə
düzələcək. Axşam saatlarına yaxın durum daha əlverişli, rahat olacaq.
Günün
ikinci yarısında yaradıcılıq potensialı artacaq. Boş vaxtınızdan
mövqelərinizin möhkəmlənməsi üçün istifadə edin. Təxəyyülünüzdən
yararlana bilərsiniz.
Yeni romantik münasibətlərin başlanması
istisna deyil. Maraqlandığınız insanla təmaslarda intuisiyanıza çox
güvənməyin. Tələsməyin, aldana bilərsiniz.
Oxatan
- vaxtınızı mənasız və boş işlərə sərf etməyin. Qarşınıza qoyduğunuz
məqsədlərə çatmaq üçün bütün vasitələrdən yararlanın. Əvvəlki günlərdən
fərqli olaraq çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın
ətrafınızdakı insanlar uğurlarınıza təəccüblənəcəklər.
Günün ikinci yarısında bədxah və rəqiblərin sizə paxıllıq etmələrindən narahat olmayın. Onlar sizə heç nə edə bilməyəcəklər.
Ağıllı,
maraqlı, qeyri-standart insanlarla ünsiyyət üçün əlverişli zamandır.
Tanışlarınızın arasında belə adamlar yoxdursa, narahat olmayın. Müvafiq
tanışlığa nail olmaq şansı yüksəkdir.
Oğlaq
- əlverişli və uğurlu gündür. Amma hadisələr istədiyiniz və
gözlədiyiniz sürətlə inkişaf etmir. Qələbəyə çətinliklə nail
olacaqsınız. Səy göstərməyə, ağır işə hazır olun. Nəticələr sizi pərişan
eməyəcək. Məmurlarla təmaslar, dövlət qurumlarının nümayəndələri ilə
əlaqələr üçün əlverişli gündür.
Günün ikinci yarısı işdə
irəliləyiş və ya maaş artımına çalışın. Aldığınız təklifləri diqqətlə
nəzərdən keçirin. Şəxsi münasibətlər baxımından neytral gündür.
Situasiyada dəyişikliklər istəyirsinizsə, təşəbbüskar olun.
Dolça -
çox uğurlu gündür. Başladığınız işləri başa vurmağa çalışın. Ənənələri
pozmaq, bildiyiniz kimi davranmaq olar. Yaxın ətrafınızdakı insanlar
sizi təqdir etməsələr də, yolunuzdan sapmayın. Dostlar və müttəfiqlər
sizdən yardımlarını əsirgəməyəcəklər. Amma onların dəstəyi olmadan da
məqsədlərinizə çata bilərsiniz.
Günün ikinci yarısında sevim
qarşısında qalacaqsınız. Düşünün, sizə ən çox nə gərəkdir: dostların
dəstəyi və işlərinizdə iştirakları, yoxsa fəaliyyət azadlığı?
Peşəkar
fəaliyyət müstəvisində maraqlı və cazibədar perspektivlər yaranır.
Karyerada inkişaf istisna deyil. Yaxşı gəlir əldə etmək və ya yeni gəlir
mənbəyini tapmaq da olar. İntuisiya sizi aldatmayacaq.
Balıqlar -
peşəkar fəaliyyət müstəvisindəki məqsədlərə çatmaq üçün əlverişli
zamandır. Problemlərin həllinə yaradıcı yanaşaraq zəruri işləri görün.
Qərarlarınız qeyri-standart, addımlarınız orijinal olsun. Yaxın
ətrafınızdakı insanların diqqətini cəlb edəcəksiniz.
Günün ikinci yarısı yeni işə başlamaq və ya iş yerini dəyişmək üçün əlverişlidir.
Fiziki iş və ya idmanla məşğul olmaqda xeyir var.
Dostlarla görüş və ya romantik təmaslar xoş hisslər yaradacaq. Alış-veriş etmək, qarderobu yeniləmək olar.
Milli.Az