İyunun 5-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, elm, mədəniyyət xadimlərinin və dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Vaqif Səmədoğlunun həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.
APA