İsveçrədə Günəş enerjisi ilə işləyən təyyarə Payern şəhər hava limanından ilk dəfə olaraq səmaya qalxıb.
“Solar Impulse 2” adlı hava gəmisi səmada 2 saat 15 dəqiqə uçduqdan sonra eniş edib.
Pilotu Markus Şerdel uçuşun uğurlu keçdiyini bildirib. O, 1800 metr yüksəklikdə manevr edən zaman təyyarədə cüzi titrəmə hiss etdiyini, lakin ümumilikdə ciddi bir problemin olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, təyyarənin çəkisi 2,3 ton təşkil edir.
Ehtimal olunur ki, artıq 2015-ci ildə bu təyyarə Yer kürəsi ətrafında fasiləsiz dövr edəcək.
Video
gun.az