Qadın geyimləri hazırlayan
dizaynerlər davamlı olaraq kişi geyim üslubundan nələrisə götürür.
Zənnimcə, artıq oğurlanası bir şey qalmayıb. Belə ki, buraya bol kəsimli
cins şalvarlar da daxildir. Bu cinslərə “Anne Jeans”ləri deyilir.
Modelin əsas özəlliyi yüksək belli, əsasən, açıq rəngli və üzərində
dəliklərin olmasıdır.
90-cı illərdə kişi və qadınlar arasında olduqca dəbdə idi. 2014-ün
yay aylarında yenidən dəbin zirvəsinə yüksələcəyi gözlənilir. Rihanna
dünya ulduzları arasında yüksək belli cinslərə daha çox üstünlük verir.
Yüksək belli olduğu və bədən quruluşunun uzlaşması üçün onları qısa
toplarla geyinmək tövsiyə olunur. Balacaboy xanımların daha kiçik
görünməməsi üçün hündürdaban ayaqqabı geyinmləri lazımdır. Lakin balaca
boylu, həm də artıq çəkili xanımlara yaraşacağını söyləyə bilmərəm.

publika.az