Qoç - günün ilk yarısında mənfi təmayüllərin
təsiri artacaq. Lakin saatlar keçdikcə onların təsiri zəifləyəcək. Ciddi
və önəmli planlarınız varsa, onları həyata keçirməyə tələsməyin. Aktiv
hərəkətləri və fəaliyyəti günün ikinci yarısına saxlayın.
Günün
ikinci yarısında karyera yüksəlişi ilə bağlı məsələləri rəhbərliklə
müzakirə etmək olar. Qarşınızda yeni perspektivlər yaranır.
Yaxınlarınızla
münasibətlərin harmonik olmasına çalışın. Özünüzə və yaxın
ətrafınızdakı insanlara qarşı tələbkar olun. Nöqsanlar, zəifliklər və
səhvləri bağışlamayın. Təbii, bütün bunlar yaxınlarınızda müsbət
emosiyalar yaratmayacaq. Amma qətiyyətli olun, geri çəkilməyin.
Buğa
- müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Təşəbbüslə çıxış
etmək üçün uğurlu zamandır. Yeni ideyaları müzakirə etmək olar.
Tərəfdaşlıq və əməkdaşlığın yeni məqamlarını, yönlərini tərəfdaşlarla
söhbətdə nəzərdən keçirin.
Yeni münasibətlərin başlanması istisna deyil.
Günün
ikinci yarısı işgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlər baxımından
da əlverişlidir. Sevdiyiniz insanla təmaslarda diqqətli olun. Onun nə
istədiyini anlamağa çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Əhvalınız pis olmayacaq.
Əkizlər -
maraqlı görüşlər vəd edən xoş zamandır. Qeyri-adi insanlarla, ordinar
olmayan fərdlərlə qarşılaşa bilərsiniz. İşdə irəliləyişlə bağlı sizi
qayğılandıran məsələlər varsa, nüfuzlu hamilər tapa bilərsiniz. Onlar
sizə yardım edəcəklər.
Günün ikinci yarısı əlverişli anlaşma və sərfəli sövdələşmə üçün münasib vaxtdır.
Yaxınlarınızla
həssas, qayğıkeş olun. Yalnız özünüzü düşünməyin. Sizi sevən insanları
incitməyin. Əks təqdirdə inciklik və problemlər istisna deyil.
Xərçəng
- peşəkar fəaliyyət üçün əlverişli gündür. Gerçəkdən də, önəmli işlərlə
məşğul olaraq mənasız, əhəmiyyətsiz məqamlara vaxt ayırmayın. Belədə
məqsədə daha tez çata bilərsiniz.
İşdə məsuliyyətli, zəhmətkeş olun. Aldığınız tapşırıqları vaxtında yerinə yetirməklə yanaşı, təşəbbüskar olmağı da unutmayın.
Belədə iş yoldaşlarınız sizi sıravi icraçı kimi yox, işlərin öhdəsindən uğurla gələ bilən insan kimi tanıyacaqlar.
Günün
ikinci yarısında hissləriniz barədə yalnız etibar etdiyiniz insanla
danışın. Yaxınlarınızla ünsiyyətdə anlaşılmaz situasiyanın yaranmasına
imkan verməyin. Səhhətinizdə problemlər yarana bilər. Diqqətli olun.
Şir
- bu gün səhər saatlarından etibarən istənilən, hətta ən ağır işə
başlaya bilərsiniz. Bu işi başa vurmaq üçün maksimum səylər göstərin.
Yaxın ətrafınızdakı insanlar sizə yardım etməyə çalışacaqlar. Onların
dəstəyindən birmənalı olaraq imtina etməyin.
Günün ikinci
yarısında işdə həmkarlarınız və rəhbərliyinizi anlamağa çalışın. Belədə
çoxdan bəri davam edən ixtilafı çözə bilərsiniz.
Yaxşı gəlir
əldə etmək imkanı var. Maliyyə məsələlərini həll etmək üçün əlverişli
zamandır. Xurafata inanmayın, din alverçilərini rədd edin.
Axşam saatları sərinləşən münasibətləri bərpa etmək üçün pis zaman deyil.
Qız -
günlə bağlı planlarınızı reallaşdıranda tələsməyin. Səhər saatları
uğursuz olsa da, sonrakı dövrdə müsbət təmayüllərin təsiri güclənəcək.
Müstəqil işləməyə başlayın.
Əməkdaşlıq, birgə fəaliyyətlə
bağlı məsələləri günün ikinci yarısında müzakirə etmək olar. Tərəfdaşlar
və həmkarlarla münasibətlərdə ehtiyatlı olun.
Günün ikinci
yarısında maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, boş
yerə pul xərcləməyin. Ailədə kiçik, amma xoşagəlməz problemlər ola
bilər. Yaxınlarınızla kəskin mübahisələr etməyin.
Axşam saatlarında ciddi qarşıdurmaya yol verməmək üçün həssas və qayğıkeş olun.
Tərəzi
- bir qədər əvvəl başladığınız işləri bitirməmiş yeni işlərə
başlamayın. Düşünülməmiş, tələsik qərarlar verməyin. Peşəkar
fəaliyyətinizlə bağlı önəmli məsələlərin nəzərdən keçirilməsi üçün
əlverişli zaman deyil. İşdə həmkarlarla münasibətləri korlamamaq,
işgüzar tərəfdaşlarla ünsiyyətdə aqressiv davranmamaq üçün səy göstərin.
Günün
ikinci yarısında bilik və bacarıqları artırmaq, yeni informasiyalar
əldə etmək olar. Təcrübənizi daha səbatlı edin. Seçdiyiniz, bələd
olduğunuz istiqamətdə hərəkəti davam etdirin. Dayanmayın, tərəddüdə
qapılmayın.
Şəxsi münasibətlərdəki psixoloji amilləri nəzərə
alın. Dostlarla yaxınlara yaxşı məsləhətlər verərək öz problemlərinizin
öhdəsindən gəlməyi unutmayın.
Ailə və evlə bağlı önəmli qərarları sabahadək ertələyin.
Əqrəb
- mürəkkəb, gərgin gündür. Sədlərlə maneələri dəf edərkən dəyərli
təcrübə əldə edəcəksiniz. Faydalı əlaqələr də yarada bilərsiniz. Lakin
probelmlər yaratmamağa, baha başa gələn təcrübədən xali olmağa çalışın.
Aldığınız işgüzar təklifləri diqqətlə araşdırın. Onlar ilk baxışdan
göründüyü qədər cazibədar deyillər.
Günün ikinci yarısında qəbul edəcəyiniz tələsik qərarlar maliyyə itkilərinə səbəb ola bilər.
Şəxsi
münasibətlərdə mənfi təmayüllərin təsiri hiss olunmayacaq. Narahat
olmayın, hər şey yaxşı olacaq. Özünüz mübahisələrə və münaqişələrə zəmin
yaratmasanız, yaxınlarınızla təmaslarınız harmonik olacaq.
Oxatan
- müsbət təmayüllərin təsiri artır. Bunu hiss edəcəksiniz. Əhvalınız,
durumunuz pis olmayacaq. Hətta çox işləməli olsanız belə, yorğunluq hiss
etməyəcəksiniz. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İşlə bağlı
mühüm məsələləri ertələməyin. Belə məqamları müzakirə etməyi unutmayın.
Günün
ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Dövlət
qurumlarından biri ilə bağlı problemi həll etmək olar. Şəxsi
münasibətlərdə irəliləyişlər istisna deyil.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq
- işgüzar məsələlərlə bağlı görüşlərdə məntiqli olun. Şəxsi
münasibətlərdəki önəmli məqamları və sizi çoxdan bəri narahat edən
məqamları müzakirə edin. Mübahisəli nüansların üzərindən sükutla
keçməyin. Yeni ideyalardan bəzilərinin sayəsində həyatınızı
asanlaşdırmaq, dəyər verdiyiniz insanları sevindirmək şanslarınız var.
Təxəyyülünüz pis deyil.
Günün
ikinci yarısında romantik görüş sizdə xoş ovqat yaradacaq. Sevdiyiniz
insanla soyuq olmayın. Axşam saatlarında maraqlı tanışlıq istisna deyil.
Fəqət bu tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
Dolça
- çoxdan bəri həyata keçirmək istədiyiniz, amma reallaşdırmağa cürət
etmədiyiniz planlardan birini gerçəkləşdirin. Əlverişli situasiyadır.
Qarşınıza qoyduğunuz ən önəmli məqsədə çatmaq üçün bir qədər də fəal
olun. Süstlüyə qapılmayın. Peşəkar fəaliyyət sahəsində yeni
perspektivlər yaranır. Yaxşı gəlir əldə etmək şansları var.
Günün
ikinci yarısında yaxşı fiziki formada olmağa çalışın. Aktiv istirahət
və idmanda fayda var. Şəraitin dəyişdirilməsi əhvalınıza yaxşı təsir edə
bilər.
Balıqlar - pis gün
deyil. Aktiv olun, mühüm işləri təxirə salmayın. Səhər saatlarını
rəğbətini qazanmaq istədiyiniz insanlarla ünsiyyətə həsr etmək olar.
Özünüzlə bağlı normal təəssürat yaratmağa çalışın. Gəlirlər istisna
deyil.
Əvvəllər gördüyünüz işlərə görə ödəniş alacaqsınız. Bununla belə, xərclər də az olmayacaq.
Günün
ikinci yarısında təmasları və müzakirələri məhdudlaşdırmaq məsləhətdir.
Bütün diqqəti işə yönəldin. Səhhətinizdə kiçik problemlər istisna
deyil. Ciddi narahatlıq üçün səbəb yoxdur.
Milli.Az