Azərbaycanda tibbi arayışları “Elektron hökumət” portalından əldə etmək mümkün olacaq
4.6.2014

Azərbaycanda tibbi arayışları “Elektron hökumət” portalından əldə etmək mümkün olacaq.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, “Elektron hökumət” portalına (www.e-gov.az) yeni xidmət inteqrasiya olunub. Belə ki, “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi” xidməti portal vasitəsilə istifadəçilərin ixtiyarına verilib.

Sözügedən elektron registr tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

APA