İngiltərədə yaşayan Karmen Rou adlı qadın marketdən aldığı saç boyası
ilə saylarını boyayandan sonra bir müddət görmə qabiliyyətindən məhrum
qalıb.
İngiltərənin Suonsi şəhərində yaşayan Karmenin dediyinə görə, saçını
boyayandan sonra əvvəlcə gözləri alacalanıb, sonra isə ümumiyyətlə, görə
bilməyib.
"Həkimlərin dediklərinə görə, bunun səbəbi saç boyasına orqanizmimdəki allergik reaksiya olub", - Karmen deyir.
Üzü şişən, gözləri bağlanan Rounin dediyinə görə, 13 yaşından bəri saçını boyasa da, ilk dəfə belə hadisə ilə üzləşib.
O, "Clairol" şirkətinin istehsalı olan "Nice n’ Easy" adlı qara saç
boyasından istifadə nəticəsində müvəqqəti korluq diaqnozu ilə "Morriston
Hospital"a yerləşdirilib.
Hospitalda 3 gün müalicə alan 25 yaşlı qadın sonra evə buraxılıb.
Lakin üz dərisi yenidən qabarmağa başladığı üçün Rou hospitala qayıtmalı olub.
"Yuxudan ayılanda başımın şişməyə başladığını gördüm. Gözlərim görmürdü.
Başım sanki futbol topu idi - qulaqlarım da şişmişdi", - Karmen
söyləyib.
Milli.Az