Bu günə qədər ən çox satılan avtomobillərin siyahısı tərtib edilib.
Dünya tarixində ən çox satan avtomobil “Toyota Corolla”dır. Bazara çıxarıldığı 1966-ci ildən indiyədək 10 nəsil istehsal edən “Corolla” indiyədək 40 milyon satış edib.
Dünyanın ən çox satanlarından olan Ford F seriyası bu günə qədər 35 milyondan çox satıb. 24 il boyunca ABŞ-da ən çox satan avtomobil olan Ford F 1948-ci ildən indiyədək istehsal edilir. F seriyasının ən çox satan modeli isə F-150-dir.
1976-cı ildən 7 nəsil istehsal edən “VolksWagen Golf” 2013-cü ildə “İlin avtomobili” seçilib. Golf 2014-cü ilədək 28 milyona yaxın satış həyata keçirib.
Adolf Hitlerin əmri ilə 1938-ci ildə istehsalına başlanan və 2003-cü ilədək davam edən “VolksWagen Beetle”-in original versiyası 21 milyondan çox satılıb. 1997-2011-ci illərdə yeni “Beetle” olaraq yaradılan A 5 modeli 2012-ci ildə yenidən dizayn edilib bazara çıxarıldı və hazırda “Beetle”-in satış rəqəmi Yeni Beetle ilə birlikdə 23 milyona çatıb.
Avropada 1968-cı ildən 2000-ci ilədək, ABŞ-da da 1981-ci ildən 2003-cü ilə qədər istehsal edilən bir başqa Ford əfsanəsi “Ford Escord” on illərdir ən çox satılan modellər arasında yer alır. “Ford Escord” bu günə qədər 20 milyondan çox satılıb.
Honda əfsanəsi “Honda Civic” ilk dəfə 1973-cü ildə bazara çıxarılıb və ABŞ-da ən çox satılan avtomobillərdən biridir. Bu günə qədər ABŞ-da 7 milyondan çox satan “Civic” dünyada isə 19 milyona yaxın satış etməyi bacarıb.
Bu günə qədər 8 nəsil istehsal edən Yapon avtomobil firması Hondanın Accord modeli 17,5 milyondan çox satışla ABŞ-da ən çox satan ilk yapon avtomobili olub.
Ford Model T ilk istehsal edildiyi 1908-ci ildən 1930-a qədər 16,5 milyondan çox satış edərək o zamanın şərtlərinə görə inanılmaz bir uğura imza atdı. Model T 1972-ci ildə VW əfsanəsi Beetle rekordu əlindən alana qədər tarixin ən çox satan avtomobili idi.
“VolksWagen Passat” avtomobili isə doqquzuncu sırada qərarlaşıb. 1973-cü ildən indiyədək “Volksvagen Passat” 15,5 milyondan çox satış edib.
İlk onluqda sonuncu olan Chevrolit İmpala yarandığı 1957-ci ildən indiyədək 14 milyon ədəd satılıb.
gun.az