“Miras” Buxarestə gedir
15.7.2011

Azərbaycanlı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi iyulun 18-dən 21-dək Buxarestdə keçiriləcək “15th Document.Art. International Film Festival” Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. Festival çərçivəsində 30-dan artıq ölkənin 35 filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq müsabiqələrdə uğur qazanıb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə , SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.