“Muhteşem Yüzyıl” filminin çəkilişləri avqustda başlayacaq
4.6.2014

Türkiyənin populyar teleserialının motivləri əsasında tammetrajlı filmin çəkilişlərinə hazırlıq gedir.

2011-ci il yanvarın 5-də ilk bölümü yayımlanan “Muhteşem Yüzyıl” serialı 2014-cü il iyunun 11-də final bölümü ilə ekranlara vida edəcək.

Serialın ağlasığmaz populyarlığını və dünyanın 50-dən çox ölkəsində nümayiş etdirildiyini nəzərə alan istehsalçılar serialın motivləri əsasında eyniadlı tammetrajlı filmi çəkilişinə qərar veriblər.

Məlumata görə, artıq filmin çəkilişlərinə hazırlıq istiqamətində mühüm addımlar atılıb və əsas rolların potensial ifaçıları ilə razılıq ələ olunub.

Bildirilir ki, çəkilişlərinə avqustda başlanacaq və 2015-ci ildə təqdim olunacaq filmdə Sultan Süleyman obrazını Halit Ergenç, Hürrəm Sultanı isə serialdan bezərək ayrılan Məryəm Üzərli canlandıracaq.

Lakin Hürrəm Sultan rolunun M.Üzərliyə verilməsi son bir ildə həmin rolun ifaçısı olan Vahidə Perçinin ciddi incikliyinə səbəb olub.

Gün.Az