“HELLO!” jurnalının hər ay Rusiyada ən dəbli qadın və kişi seçimi ilə bağlı keçirdiyi səsvermənin aprel ayının qalibi azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov olub.
Emin oxuculardan 1049 səs toplayaraq Valeri Meladze, Stas Mixaylov və Filipp Kirkorov kimi tanınmışları arxada qoyub.
Aprel ayının ən dəbli xanımı isə Alsu hesab edilib.
Gün.Az