Qoç - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına
çalışın. Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar
aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə
çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən insanlar
belə, bu gün dəstək verəcəklər.
Günün ikinci yarısında
işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil. Qida
rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün xüsusilə həssasdır.
Axşam saatlarında idmanla məşğul olmaq fikrindən daşının.
Buğa
- peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm qərarları
qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün "korlaşıb". Çox
asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz insanların dəyərsiz
məsləhətlərinə qulaq asmayın. Belələrinin dediklərini qulaqardına vurun.
Günün
ikinci yarısında işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq
ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı
fəsadlara səbəb ola biləcəyini düşünün.
Şəxsi münasibətlərdə
pozitiv təmayüllərin təsiri artır. Təşəbbüs göstərin, nəyisə dəyişməyə
və ya yaxşılaşdırmağa çalışın. İntuisiyanızın səsini dinləyin.
Ailə üzvləri ilə təmaslarda həssas olun.
Əkizlər
- əlverişli və rahat gündür. Böyük uğurlara nail ola bilərsiniz.
Yaşanan olayların əsas məqamlarını nəzərdən qaçırmasanız, adi günlərlə
müqayisədə daha çox səhvlərə yol verməyəcəksiniz. Yeni işgüzar
tərəfdaşlar tapmaq olar.
Günün ikinci yarısında tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq.
Alış-veriş,
daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır. Sevdiyiniz insanın
istəklərini nəzərə alın, onları qulaqardına vurmayın.
Xərçəng
- məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan düşməyin,
bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki, əhvalınızı pozsun.
İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə işlər daha çox olacaq.
Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə
çalışın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər
yarana bilər. Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina
etməyin. Qəfil hədiyyə və sürpriz istisna deyil.
Axşam saatlarında normal dincəlin.
Şir
- yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün əlverişli zamandır.
İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini qazana bilərsiniz. Dəvət
aldığınız yerə qatılın. Diqqət mərkəzində olsanız, təlaşa düşməyin.
Günün
ikinci yarısında yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət
emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz.
Geyim, orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi qeyri-adi, parlaq nəsnələr cəlb edir.
Nüfuzlu insanla tanışlıq istisna deyil.
Qız
- birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü qədər pis
deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək situasiyanı neqativ
dəyərləndirməyin. Kiçik itkilər, uğursuz alış-veriş və sərmayə ola
bilər. Amma ağır maliyyə problemləri yaşanmayacaq.
Günün
ikinci yarısında yaxın ətrafınızdakı insanların tələblərini dinləyin.
Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər. Dərhal cavab verməyin.
Axşam saatları yaradıcılıq üçün əlverişlidir.
Tərəzi -
yaranmış situasiyanı təhlil edin. Baş verənlərlə bağlı düşünməyə dəyər.
Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız
sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir.
İri
miqyaslı sərmayə yatırmağa dəyməz. Bahalı əşyalar almayın, uzunmüddətli
əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın.
Kobud səhvlərə yol verməyin.
Günün
ikinci yarısında səbrli və təmkinli olsanız, yaxın ətrafınızdakı
insanlarla münaqişələrə yol verməyəcəksiniz. Bunu dəyərləndirəcəklər.
Axşam
saatları dostlarla görüş və müzakirələr üçün əlverişlidir. Son vaxtlar
sizi narahat edən məsələni nəzərdən keçirə bilərsiniz.
Əqrəb
- işgüzar münasibətlərlə şəxsi təmasları heç bir halda qarışdırmayın.
Bu gün belə qarışıq partlayışa səbəb ola bilər. Peşəkar fəaliyyət
müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi
diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin.
Günün ikinci yarısında uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz.
Ailə
üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun. Ən xırda
məsələlərdə belə, onların maraqlarını, istək və təkliflərini qulaqardına
vurmayın. Qarşılıqlı incikliyə yol verməmək çətin olsa da, ailədə sülhü
qorumaq üçün səy göstərin.
Oxatan
- əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən
çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın. Peşəkar
fəaliyyətlə yanaşı, şəxsi həyatınızla bağlı məsələləri müzakirə etmək
olar.
Günün ikinci yarısında həmfikirlərlə yanaşı, müttəfiqlər də tapacaqsınız.
Yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər.
Adi
günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın. Belədə
diqqət mərkəzində ola bilərsiniz. İmiclə eksperimentlər uğurlu olacaq.
Dəyişikliklər nə qədər ciddi olarsa, bir o qədər yaxşıdır.
Oğlaq -
yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan
sizi sevindirəcək məlumat gələcək. Təşviş və təlaş geridə qalacaq.
Pozitiv olun. Yaranan kiçik problemlərin öhdəsindən asanlıqla gələ
bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi tərifləyəcəklər.
Günün
ikinci yarısı ünsiyyət, dəvət aldığınız yerə yollanmaq üçün yaxşı
zamandır. Yeni tanışlıqlar olacaq. Onların sürəyi sizdən asılıdır.
Dolça -
neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan
asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik
iddialara inanmayın. Yeni təcrübə və bilik əldə etmək üçün əlverişli
zamandır. Dünyagörüşünüzü artırın. Əldə etdiyiniz məlumatlar karınıza
gələ bilər. Biliklərin artırılması üçün də pis gün deyil.
Günün
ikinci yarısında etibarlı tərəfdaşla yeni işə başlamaq olar. Qəfil
səfər xərclərə səbəb olacaq. Amma xeyli xoş emosiyalar alacaqsınız ki,
bu da sərf olunan pula dəyər. Romantik görüşlər pis keçməyəcək.
Balıqlar -
intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq. Ənənələri
pozmağa, daşlaşmış qaydalar çərçivəsindən kənara çıxmağa çalışın. Yaxın
ətrafınızdakı insanların dedikləri kimi yox, öz bildiyiniz kimi hərəkət
edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər və şəxsi həyatda
yeniliklər zamanıdır.
Günün ikinci yarısında yaxın
ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar.
Yeni münasibətlər istisna deyil.
Axşam saatlarına yaxın
əhvalınız pozula bilər. Zərərli vərdişlərdən birindən imtina edin,
tamahınıza kölə olmayın. Sadə və faydalı qidalarla kifayətlənin.
Milli.Az