Muslera reklam filmində Azərbaycan mahnısı oxudu – Video
5.6.2014

Uruqvaylı qapıçı “Ayrılıq” mahnısından bir hissə oxuyub.

Türkiyənin “Qalatasaray” klubunun qapısını qoruyan Fernando Muslera “McDonalds”ın hamburger reklamına çəkilib.

Məşhur qapıçı reklamda musiqisi Əli Səlimiyə, sözləri Rəcəb İbrahimiyə məxsus olan “Ayrılıq” mahnısından bir hissə oxuyub.

Həmin reklam filmini təqdim edirik:
Video

gun.az