Qoç - səhər saatlarından etibarən işlərə aktiv
başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin.
Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın.
Müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun.
Günün
ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət
problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti
üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun.
Buğa
- bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız,
diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı
insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli
zamandır.
Uğurlu alış-veriş istisna deyil.
Qəfil gəlir və hədiyyələr istisna deyil.
Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin.
Axşam saatları romantik görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün münasib vaxtdır.
Əkizlər
- başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq
işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra
problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya
salın. Bütün borcları ödəyin.
Günün ikinci yarısında mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın.
Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək.
Xərçəng
- çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa
vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın. Peşəkar fəaliyyət
müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə
etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola
bilərsiniz.
Günün ikinci yarısı bilik, təcrübə və informasiyalar əldə etmək üçün yaxşı zamandır. Gələn məlumatları dəyərləndirin.
Yeni
tanışlıqlar istisna deyil. Münasibətlər sürətlə inkişaf edəcək, sizi
sevindirəcək. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Orijinal
ideyalar peyda olur.
Şir - günün ilk
yarısı çox uğurlu olacaq. Maraqlı görüşlər, işlərdə irəliləyişlər,
gəlirlər istisna deyil. Ən çətin problemlərin öhdəsindən sürətlə
gəlməyə, dürüst qərarlar qəbul etməyə çalışın. Kimsəyə imkan verməyin
ki, sizi məqsədə aparan yoldan sapdıra bilsin. Dəyər verdiyiniz
insanlarla ünsiyyət üçün münasib zamandır.
Günün ikinci
yarısı yaşam potensialının səviyyəsi aşağı düşəcək. Yorğunluq hissi
yaranacaq. İşləri yarımçıq qoyaraq istirahətə və ya daha yüngül işə can
atmayın. Yaxınlarınız sizi anlamağa çalışırlar.
Qız
- gün uğursuz başlanacaq. Günün ilk yarısında qıcıqlı, hətta aqressiv
olacaqsınız. Yaxınlarınızla acı danışmayın, işdə münaqişəli vəziyyət
yaratmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti minimuma endirin.
Ehtiyatlı, diqqətli olun. Dəyər verdiyiniz nəsnəni itirə bilərsiniz.
Günün
ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Daha enerjili,
aktiv olun. Orijinal ideyalarınızı cəsarətlə reallaşdırın. Müsbət
hisslərinizi yaxın ətrafınızdakı insanlarla bölüşün.
Tərəzi
- sakit və məhsuldar gündür. Yaranan probelmlərin çözülməsi, görüləsi
işlərin başa çatdırılması üçün əlverişlidir. İşdə indiyədək dil tapa
bilmədiyiniz həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaş və ya
həmkarlarla fikir ayrılıqları yaransa belə, münaqişəyə yol verməyin.
Konstruktiv müzakirə və diskussiya çərçivəsində qalın.
Günün
ikinci yarısı maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir.
Yaşam potensialı yüksəkdir. İşlər çox olsa belə, ifrat yorğunluq hiss
etməyəcəksiniz. Axşam saatlarında xoş xəbərlər alacaqsınız.
Yeni tanışlıqlar istisna deyil. Amma münasibətlərin uzunmüddətli olacağını düşünməyin.
Əqrəb
- mühüm, genişmiqyaslı işləri təxirə salın. Çətin, qarışıq gündür.
Yaranan problemlərin öhdəsindən istədiyiniz təki sürətlə gələ
bilməyəcəksiniz. Önəmli görüşlərlə bağlı vədlər varsa, ora hazırlıqsız
yollanmayın. İmprovizə qabiliyyətinizə bel bağlamayın.
Günün
ikinci yarısında sərvaxt və huşyar olmasanız, ciddi problemin öhdəsindən
gələ bilməyəcəksiniz. Tək, müstəqil işləyərək daxili harmoniyaya nail
olun, əsəblərinizi sakitləşdirin. Yaxşı tanımadığınız insanlarla
ünsiyyət sizi adi günlərdən fərqli olaraq çox yoracaq.
Axşam saatlarında mənfi emosiyaların öhdəsindən gəlin.
Oxatan
-yaxşı bacardığınız işlə məşğul olun. Axına qarşı üzün, iradə və
qətiyyətinizi göstərin. Məqsədinizdən əl çəkməyin. Səylərinizlə
qüvvənizi düzgün paylaşdırsanız, əla nəticələrə nail ola bilərsiniz.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun.
Günün
ikinci yarısı romantik münasibətlər baxımından əlverişli zamandır.
Yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. Sevdiyiniz insanı
sevindirməyi unutmayın.
Axşam saatlarında maraqlı tanışlığa nail olmaq üçün səy göstərin.
Oğlaq
- günün ilk yarısı uğurlu olacaq. Şanslarınızdan maksimal dərəcədə
yararlanmağa çalışın. İşdəki problemləri uğurla həll etməyə can atın.
Bilik, bacarıq və informasiyalarınızı nümayiş etdirin. Nüfuzlu insanın
diqqətini cəlb etmək, çox maraqlı işgüzar təklif almaq şansı var.
Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Aktiv həyat tərzi keçirən insanlarla qeyri-formal şəraitdə görüşmək olar.
Çox orijinal, ekstravaqant əşyaşar almayın. Zahiri görünüşə aldanmayın.
Axşam saatlarında normal istirahət edin.
Dolça -
bütün işlərdə intuisiyanıza güvənə bilərsiniz. Təhtəlşüur bu gün sizi
aldatmayacaq. Yalnız sizə aid olmayan məsələləri təkbaşına həll etməkdən
qorxmayın. Səhvlərə yol verməyin, problemin həllində optimal yolu
seçin. Karyera məsələləri ilə bağlı narahatlığınız varsa, qarşınızda
cazibədar perspektivlər yaranır.
Günün ikinci yarısında yeni
tanışlıqlar olacaq. Qarşılaşdığınız insanlar əvvəlkilərə bənzəməyəcək.
Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, indi əsl vaxtdır.
Balıqlar -
günün ilk yarısında problemlərin həllinə yaradıcı yanaşın. Ən adi
hadisələrdən birinin mahiyyətini araşdıranda onun qeyri-adi olay
olduğunu anlayacaqsınız. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə
çatmağa çalışın.
Günün ikinci yarısında yeni münasibətlərə
başlamaq məsləhət deyil. Yaramaz, ləyaqətsiz insana aldanmaq ehtimalı
var. Ehtiyatı əldən verməyin, sayıq olun.
Milli.Az