Tofiq Bəhrəmov ingilislərin klipində - VİDEO
6.6.2014

Dünyanın tanınmış Goal.com saytı İngiltərə yığması ilə bağlı maraqlı animasiya çarxı hazırlayıb.

Çarxda ingilis futbolçuların Dünya Çempionatlarındakı oyunlarında başlarına gələn hadisələr əks olunub. Azərbaycanlı hakim Tofiq Bəhramovunda yer aldığı videoda 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalındakı qərarı əks olunub. Animasiyada İngiltərə komandasının lehinə qərar verən T. Bəhramov Uembley stadionunna toplaşmış 98 min azerkeşi sevindirir.

Çarxda Maradonanın 1986-cı ildə İngiltərə qapısına əl ilə vurduğu qol da yaddan çıxmayıb. Videoda Argentinalı "Tanrının əli" adlandırdığı qolu vurduqdan sonra özünü mələk kimi göstərir.

VİDEO


ANS PRESS