Dünyanı cənginə alan "Happy" dəbi Bakıya da gəlib çıxdı. Ötən gün paytaxtın mərkəzində maraqlı fləşmob baş tutub.
Belə ki, "Torqovı" kimi tanınan küçədə adıçəkilən mahnının sədaları altında əvvəlcə bir necə gənc oğlan və qız rəqs etməyə başlayıb. Daha sonra əlavə bir qrup onlara qoşulub. Gənclər fləşmoba selfi şəkil çəkdirməklə başlayıb.
"Flashmob Azerbaijan" tərəfindən hazırlanan fləşmob "We are from Baku and WE are HAPPY!" (Biz Bakıdanıq və xoşbəxtik) adlanır. Fləşmob şəhər gəzintisinə çıxanların maraqlı baxışları altında baş tutub və izləyənlərə maraqlı anlar yaşadıb.
Mahnı bitəndən sonra gənclər bir andaca dağlışıblar.
VİDEO
ANS PRESS