Yeni BMW X6 - Foto
6.6.2014

İnternetdə yeni BMW X6-nın ilk şəkilləri yayılıb.

Hazırda bütün avtomobil ekspertləri və alman markasının həvəskarları bu modeli müzakirə edirlər.

BMW X6 zahiri görünüşcə dəyişikliyə məruz qalıb, ona xüsusilə güclü bamperlər və yeni fənərlər quraşdırılıb.

Ekspertlərin sözlərinə görə, yeni modelin 306 və ya 450 at gücündə olacağını ehtimal edirlər.
Modelin nə zaman bazara çıxarılacağı açıqlanmır.







Gün.Az