Neyl və Helen Melvil-Kennilər ailə qurduqdan sonra ənənəvi bal ayından imtina ediblər.
Böyük Britaniya sakinləri bal ayını fərqli keçirmək üçün
Türkmənistanda yerləşən Darvaza Qaz Krateri və ya ”Cəhənnəm qapısı”
adlanan yerə yollanıblar. Kraterə yaxınlaşan cütlük orada çəkdirdikləri
şəkilləri sosial şəbəkədə paylaşıblar.
”Cəhənnəm qapısı” fenomenal insan icadıdır. Sovet alimləri yerdən çıxan
təbii qaza od vurmaqla onu alışdırıblar. 1971-ci ildən bəri “Cəhənnəm
qapısı”nda alov dayanmadan yanır.

publika.az