Amerikalı balıqçı Luiziana sahillərində çəkisi 134,7 kiloqram olan qara qruper və ya Varşava daş xanı balığı tutub.
Bu, ştatın balıqçılıq tarixində sənədləşdirilmiş ən iri beş balıq ovundan birinə çevrilib.
28 yaşlı Kallen Qririn sözlərinə görə, o nəhəng xanı balığı tora düşən zaman qayığın böyük ağaca ilişdiyini zənn edib. Balığın sudan çıxarılmasına yarım saat vaxt sərf olunub.
Qeyd edək ki, Varşava daş xanı balığı ABŞ, Haiti, Beliza, Kuba, Trinidad və Tobaqo sularında olur. Onun 52-500 metr dərinliklərdə sularda olur və çox yaşayır. Uzunluğu 2,5 metrə çatır. “Qırmızı kitab” bu balıqların artım statusunu təhlükə altında qiymətləndirir.
Gün.Az