“Azərbaycanda palçıq vulkanları” adlı layihə hazırlanıb
6.3.2012

“Azərbaycanda palçıq vulkanları” marşrutunun hazırlanması və təqdimatının keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq layihə hazırlanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən məlumat verilib. Hava şəraitinin əlverişsiz olduğunu nəzərə alaraq hələlik layihə üzrə infotur həyata keçirilməyib. May ayından sonra, hava şəraitinə uyğun bir vaxtda palçıq vulkanları infoturunun keçirilməsi planlaşdırılır.