AZAL aviaşirkəti Bakı-Roma reysini açır
6.3.2012

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Roma-Bakı istiqamətində müntəzəm aviareyslərin həyata keçirilməsinə başlayır.

AZAL-dan verilən məlumata görə, sözügedən marşrut üzrə aviareyslərə aprel ayının 17-dən etibarən başlanacaq: «Reyslər hər həftənin II, IV və VI günləri saat 08:25-də «Airbus-319» və «Airbus-320» tipli avialaynerləri ilə yerinə yetiriləcək».

Qeyd edək ki, hazırda AZAL İtaliyanın Milan şəhərinə aviareyslər yerinə yetirir.