Qoç - hisslərin və emosiyaların əsiri olmayın.
Yaşam arealınızı müdaxilələrlə kənar təsirlərdən qoruyun. Bu gün öz
kiçik dünyanıza sığının. Kimsəyə imkan verməyin ki, işlərinizə mane
olsun, yolunuzda sədlər yaratsın. Önəm verdiyiniz dəyərləri var
gücünüzlə qoruyun.
Günün ikinci yarısında fəaliyyət
intensivliyini bir qədər azaltmaq, yaxınlarınızın istəkləri ilə
maraqlanmaq olar. Alış-veriş üçün münasib zamandır. Ailə üzvlərini
dinləyin, onlara maddi və mənəvi dəstək olun.
Axşam saatlarında qonaq dəvət etmək və ya valideynlərlə təmasda olmaq olar.
Buğa -
yaşamınızda nə isə dəyişməyə başlayın. Hisslərinizi bölüşməyə
tələsməyin. Yanınızdakı insanın uğurlarınıza olan münasibətini yəqin
etməmiş planlarınızı onunla bölüşməyin.
İşgüzar tərəfdaş və
ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin
gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir.
Ümumi maraqlar və problemlər sizi birləşdirə bilər.
Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.
Mühüm xəbərlər alacaqsınız.
Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq.
Axşam saatlarında səhhətinizə fikir verin.
Əkizlər -
yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan
münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin
təsiri altında transformasiyaya uğrayır. Təmayüllər sizin üçün
müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss
oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.
Yaxın
ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında
reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə
sirayət etməsinə imkan verməyin.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.
Xərçəng
- yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın.
Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları
motivasiyaları çözün.
Enerjinin yığıldığı, amma onun
nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və
kommunikasiya vasitəsi ilə problemlər yarana bilər. Düşünülməmiş
açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın.
Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə
cəhd göstərməyin.
Günün ikinci yarısında günün mürəkkəb
energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün
optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə
çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.
Axşam saatlarında mühüm heç nə planlaşdırmayın.
Şir -
emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti
məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı
olun.
Təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin.
Günün
ikinci yarısında maliyyə işlərində diqqətli olun. Tərəfdaşlarla birgə
fəaliyyət sahəsində müəyyən dəyişikliklər ola bilər. Alış-verişdə ailə
üzvləri ilə fikir ayrılığı yaşanacaq.
Axşam saatlarında səhhətinizdə problemlərin yaranmaması üçün istirahət edin.
Qız
- çalışıdğınız insanlardan birinin sirrini açmaq, onun ikibaşlını
oyununu, məkrli planını faş etmək gərəkdlir. Mübhəm məqamları üzə
çıxarmağa, hadisələrin inkişaf xəttini təxminləməyə çalışın.
Münasibətləri aydınlaşdırmaq üçün şansdan yararlanın.
Etibar etdiyiniz, yaxşı tanıdığınız insanlarla işləyin. Qarşılıqlı anlaşma və ümumi maraqlar əsas şərtdir.
Günün
ikinci yarısındakı olayların şərtləri müəyyən nəticəyə gəlməyə imkan
verir. Çətinlikləri dəf edərək maraqlarınızın tam təminatına nail ola
bilərsiniz. Nüfuzlu insanın dəstəyindən yararlanın. Amma illüziyalara
qapılmayın.
Emosiyalar və istəklər sizi gücdən salmamalıdır.
Tərəzi -
işləri vaciblik və önəm səviyyəsindən asılı olaraq paylaşdırın. Sakit
olun, aramla çalışın və bütün işləri başa vurmağa can atın. Dostlarla
görüşmək, internetdə vaxt keçirmək istəsəniz də, diqqət və iştirakınızı
tələb edən məsələlər var. Tərbiyəsiz adamlar əsəblərinizi tarıma çəkə
bilər. Mübahisələrə qatılmayın, diskussiyalarda iştirak etməyin.
Başqasının dedikləri ilə hərəkət etməyin.
Günün ikinci
yarısında qəfil tapıntı ilə bağlı məlumatı və hisslərinizi etibar
etdiyiniz insanla bölüşə bilərsiniz. İdeyalarınızı müstəqil şəkildə
inkişaf etdirin.
Axşam saatlarında hətta məğlubiyyət də uğura
çevrilə bilər. Yaşananların mahiyyətini anlamağa çalışın. İlkin
təəssürat yanlışdır.
Əqrəb -
diqqət mərkəzindəsiniz. Uğur və nailiyyətlərinizin kəskin paxıllığa
səbəb olmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi aşkar nümayiş
etdirməyin. Enerji indi sizə başqa məqsədlər üçün gərəkdir. Adi
günlərdən fərqli olaraq daha uğurlu zamandır. Ötənlərdə yardım etdiyiniz
insan indi aktual problemi çözmək üçün sizə dəstək olacaq.
Günün
ikinci yarısında təmaslar, münasibətlər, əlaqələri qaydaya salın. Yeni
problemlərin stress və gərginlik yaratmasına imkan verməyin. Baş
verənlər sizə daha çox təcrübə toplamağa imkan verir. Şəraitin tələb
etdiyi işlərlə məşğul olun.
Aktivliyinizi uzunmüddətli layihələrə yönəldin. Yaxın perspektivi tərəfdaşlarla müzakirə edin.
Oxatan
- yaşananları emosional qəbul etməyin, qədərindən artıq narahat
olmayın. Maraq qorxudan daha güclü ola bilər. İdeya və ya tədqiqat sizi
cəlb edəcək.
Soyuqqanlı və təmkinli olun. İfrat emosiyalar işin ziyanınadır.
Təkbaşına
çalışın, müstəqil olun. Aldığınız məlumatları və informasiyaları
sistemləşdirin. Noutbukunuzdakı qovluqlarla faylları poçt
qutularınızdakı məktubları qaydaya salın.
Günün ikinci
yarısında normal qidalanın. Yardımınıza kəskin ehtiyac duyan insan var.
Hisslərinizi və maraqlarınızı ön plana çəkərək qarşı tərəfin mənafeyini
qulaqardına vursanız, incikliklə qarşışalacaqsınız.
İlkin emosiyalara aldanmayaraq intuisiyanızla hərəkət edin.
Oğlaq -
yaşanan situasiya planlarınıza uyğundur və uzunmüddətli layhələrdən
birinə başlamaq olar. Münasibətlərdəki yenilik rollara yenidən baxmağa
vadar edəcək. Əlavə məsuliyyət yarana bilər. Başqalarının diqtə
etdikləri oyun qaydalarını rədd edin. Artıq sözlər, tələsik qərarlar,
düşünülməmiş dəyərləndirmələr əlaqələrə son qoyaraq kəskin incikliklər
yarada bilər.
Günün ikinci yarısında şəraitdə köklü dəyişikliyə can atmayın. Bu minvalla xoşagəlməz yeniliklər riskini azaltmış olarsınız.
Axşam saatlarında aktiv istirahəti seçin.
Dolça
- başqalarını yaşam ərazisinizə buraxmayın. Özünüz də başqasının
hisslərinə, işinə və planlarına kobud müdaxilə etməyin. Hər kəsin dəyər
verdiyini qoruyun. Ev işləri ilə məşğul olun, yaxınlarınızın qayğısına
qalın.
Günün ikinci yarısında yaşananları ifrat dərəcədə
dramatikləşdirməyin. Yaşamın ritm və stilini dəyişmək şanslarından
yararlanın. Çətin, faydasız plandan imtina edərək uğur əldə edə
biləcəyiniz sahəyə keçin. Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin.
Axşam saatlarında ani yox, uzunmüddətli uğura köklənin.
Balıqlar
- yeniliklər etməyə həvəsiniz azalır. Baş verənləri, hisslərinizi
anlamağa çalışın. Yaxın ətrafınızdakı vurnuxmaların sayı artır. Bütün
bunlara rəğmən situasiyanı tezliklə dərk etməyə çalışın.
Dəyər verdiyiniz insana yardım edin, dəstək olun.
Günün
ikinci yarısında təhlükəsiz ortam arzulayacaqsınız. Müşahidə edin,
qarışmayın. Hadisələr öz axarında cərəyan etsin. Yaşam və fəaliyyət
arealında nizam yaradın. İşdə həmkarlarla ünsiyyətdə diqqətli olun.
Milli.Az