Azərbaycan şorbası birinci yerə layiq görülüb – FOTO
9.6.2014

Türkiyənin Qars vilayətindəki “Sultan Alparslan” kollecində yemək müsabiqəsi keçirilib.

Müsabiqədə Azərbaycanın Qars konsulu Ayxan Süleymanovun həyat yoldaşı Sevinc Süleymanova, Qars bələdiyyəsinin Azərbaycan əsilli bələdiyyə sədri Murtaza Karaçantanın həyat yoldaşı Figen Karaçanta tamaşaçı qismində iştirak ediblər.

Müsabiqədə yerli qadınların hazırladıqları yeməklər nümayiş olunub və münsiflər heyəti yeməklərə qiymət verib. Seringül Erginbaşın hazırladığı “Azəri şorbası” yemək kateqoriyasında birinci yeri tutub.

Müsabiqədə həmçinin desert və duzlular kateqoriyası üzrə də yarış olub. Müsabiqənin qalibləri mükafatlandırılıblar.

Qaliblərə mükafatlarını Türkiyənin tanınmış aşçısı Oqtay usta verib.