Apple sevənlərə şad xəbər
9.6.2014

“Apple” sevənlərin həsrətlə gözlədiyi smart saatları iWatch bu ilin oktyabr ayında satışa çıxarılacaq.

Texnologiya xəbərləri üzrə ixtisaslaşan Re/code saytının məlumatına görə, Apple şirkəti bu saatlardan ilk mərhələdə 3-5 milyon istehsal edəcək.

iWatch-un iPhone və iPad-lərdəki kimi texnologiyaya və güclü sensorlara malik olacağı bildirilir. Bu saatların təzyiq, nəbz ölçmə kimi bir çox xüsusiyyətləri də olacaq.

Gün.Az