Emin Ağalarov milli top onluqda ilk pilləyə yüksəlib
9.6.2014

Məşhur müğənni və bəstəkar Emin Ağalarovun kilipi Azərbaycan teleməkanında ilk dəfə çoxsaylı tamaşaçı rəyinə görə Lider televiziyasında yayımlanan “Bu saat” verilişinin top onluğunda birinci pillədə yer alıb.

Eminin klipləri bu günə qədər Azərbaycan telekanallarında heç bir milli onluqlarda yer almayıb.

Məlumat üçün bildirək ki, “Bu saat” verilişin layihə rəhbəri və rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.

Gün.Az