San-Fransiskoda naməlum milyonçu Twitter vasitəsilə pul paylamaq qərarına gəlib.
Zəngin insan pulları gizlətdiyi yerlərin şəkillərini paylaşaraq sosial şəbəkədə qeyri-adi müsabiqə təşkil edib.
O, 20, 50 və 100 dollarlıq əsginazları bütün şəhər üzrə gizlədib.
Bu yolla sinfi bərabərsizliklə mübarizə aparmaq qərarına gələn milyonçu müsabiqəni belə şərh edib:
“Mən qazandığım pulun yarısını paylamaq, lakin bunu şən və fərqli şəkildə etmək qərarına gəldim”.
İştirakçılar isə qızğın şəkildə müsabiqəni müzakirə edir və tapdıqları pullarla bağlı öz təəssüratlarını bölüşürlər.
Gün.Az