Müəllimlərin imtahan günü açıqlandı
9.6.2014

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə iyunun 10-13-də müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin keçirilmə saatlarını açıqlayıb.

İyun10-da rus dili və ədəbiyyatı (rus bölməsində), ibtidai sinif İbtidai sinif, təsviri incəsənət və rəsmxətt, iyun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), 12-də ingilis dili, informatika, tarix, GÇQH, biologiya, 13-də fizika, coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimləri sınaq imtahanında iştirak edəcək.

İmtahanlar ikinövbəli olacaq. Birinci növbə 10:00-dan 12:30-dək, ikinci növbə15:00 -dan 17:30-dək keçiriləcək.

publika.az