Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından mundialla bağlı xəbərlərin yükünü çoxaltmışıq.
Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə
çatdırmağa cəhd edirik. Oxuculara çempionatın keçiriləcəyi şəhərlər
haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın
Portu-Alqeri şəhərinə olacaq.
Yüksək həyat səviyyəsinə görə, Braziliya ştatları arasında birinci
yerdə durur. Portuqal dilindən “Sevincli liman” kimi tərcümə olunan
şəhər dünya çempionatının keçirildiyi bütün şəhərlərdən cənubda
yerləşir. Bu səbəbdən mundialın keçirildiyi müddətdə burada havanın
temperaturu 10-15 dərəcəyə kimi enəcək. Beləliklə, DÇ-nin keçiriləcəyi
müddətdə ən soyuq şəhərlə yaxından tanış olaq.
Dünya çempionatının oyunları cənubi Braziliyanın ən böyük stadionu
olan “Beyra-Rio”da baş tutacaq. Stadionun tamaşaçı tutumu 90 min
nəfərdir, lakin FİFA-ın tələbi ilə 56 minə endirilib.
İnşasında yerli əhalinin də iştirak etdiyi Portu-Aleqri stadionunda 1/8 final qarşılaşmasından əlavə daha 4 matç keçiriləcək.
15 iyun: Fransa-Honduras (E qrupu); 18 iyun: Avstraliya-Hollandiya
(B qrupu); 22 iyun: Cənubi Koreya-Əlcəzair (H qrupu); 25 iyun:
Nigeriya-Argentina (F qrupu); 30 iyun: 1/8 matçı.
Portu-Aleqiyə yolunuz düşsə, o zaman dahi braziliyalı şair Mario
Kintanın yaşadığı mədəniyyət mərkəzini ziyarət etməyi unutmayın. Şəhər
bir sıra mədəniyyət ocaqları ilə məşhurdur.
Camalə














publika.az