Qoç - enerjili, aktiv olun. Qətiyyətli davranın,
iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya
yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz.
Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə
planların qurulması üçün pis gün deyil.
Sükan arxasında çox
vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün,
yaxınlarınızın düşdüyü situasiyanı təhlil edin. Bəzi məsələlərlə bağlı
izafi aqressiv olmayın.
Buğa -
dünənki situasiyanın davamı olan hadisələrin axarını öz xeyrinizə
çevirin. Faydalı əlaqələr qurun. Yaxın gələcəkdə karınıza gələ biləcək
təmaslarda aktiv olun. Xırdalıqlara diqqət yetirin. Saatlar keçdikcə
işlərinizdə harmoniya və əlverişli nüansların sayı artacaq. Qohumlara
baş çəkmək, ailəvi istirahət üçün yaxşı vaxtlardır. Yaxın ətrafınızdakı
insanlardan biri ilə bağlı xoş xəbər alacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər
- səhər saatlarından etibarən süst və tənbəl olmayın. Müzakirələr,
informasiya axtarışları, texnika ilə bağlı iş, təmir, quraşdırma və
avadanlıqların yenilənməsi zamanıdır. Fiziki işlə də məşğul olmaq olar.
Rasionunuza fikir verin, tamahkarlıq etməyin. Səhhətinizin qeydinə
qalın.
Yaşam tonusunun aşağı düşməməsi üçün zəruri təmrinləri yerinə yetirin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng
- tərəfdaş və ya həmkarlardan biri ilə yeni əməkdaşlığa başlamaq olar.
Müzakirə və diskussiyaların vaxtını uzatmayın. Sözdən işə keçmək
zamanıdır.
Ailənin maraqlarını ön plana çəkin. Məsləhətlərdən
faydalanın. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın,
deyilənlərə laqeyd yanaşmayın. Axşam saatlarına yaxın pozitiv olun, öz
işlərinizi tamamlamağa çalışın.
Kütlədən ayrılın, fərqli olun. Gərəkli insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Şir
- günün ilk yarısında qeyri-standart məsələləri həll etmək
məcburiyyətində qalacaqsınız. Qohumlar, dostlar və ya qonşular dadınıza
çatacaq. Aktual məqamla bağlı kollektiv mövqenin formalaşdırılması,
diskussiyanın başa çatdırılması üçün əlverişli zamandır. Təmaslar səthi,
hərdəmxəyal olmasın.
Axşam saatlarına yaxın səmimi və xoş ünsiyyətə zərurət duyulucaq. Psixoloji komforta, təhlükəsizliyə ehtiacınız var.
Musiqi, dinlə maraqlanacaqsınız.
Qız
- işlərinizi qaydaya salın, yaranan problemləri növbə ilə həll etməyə
can atın. Alış-veriş üçün əlverişli zamandır. İndiyədək görməyi
unutduğunuz işləri başa vurun. İşlərlə bağlı olaraq harasa yollanmaq
gərək olacaq.
Yaxın gələcəklə bağlı planlarda miqyas
böyüyəcək. Qohumlardan və ya tanışlardan birinin sizə ehtiyacı var.
Qəflətən romantikə, illüziyalara qapılan avantüristə çevrilməyin.
Praqmat olun, məqsədlərinizə çatmaq üçün zəruri bildiyiniz vasitələrdən
istifadə edin.
Tərəzi -
əhvalınızdakı müvazinəti pozmayın, bədbinliyə qapılmayın. Üzləşdiyiniz
çətinlikləri başqalarından yardım istəmədən, kənardan kömək gözləmədən
həll edin. Müstəqil olun, kimsənin qarşısında əyilməyin. Zəifləri kimsə
sevməz. Reallıqla çox az əlaqəyə malik tələbatlar və istəklər sizi
yanlış yola apara bilər.
Şərtlərin uğurlu olması,
situasiyanın əlverişli məcrada yer alması sizdə emosional eyforiya
yaratmasın. Köhnə səhvləri təkrarlamayın. Bacara bilməyəcəyiniz işə
başlamayın, boş vədlər verməyin.
Əqrəb
- səhər saatlarından etibarın başqalarının problemi ilə məşğul olmaq o
qədər də yaxşı seçim deyil. Öz maraqlarınızı unutmayın. Mənafelərinizi
başqalarının istəklərinə qurban verməyin. Romantik görüş ola bilər.
Musiqi,
mütailə istəyi olsa da, bu arzuları daha münasib zamana saxlayın.
Ətrafınızdakı vurnuxmanın təsiri altına düşməyin. Mövqeyinizi və
fikirlərinizi aşkar bildirin. Kölə olmayın, azadlığınızı və
sərbəstliyinizi başqalarına hədiyyə verməyin. Yeni, genişmiqyaslı
planlar qurmaq olar.
Axşam saatlarında dəvət aldığınız yerə qatılın.
Oxatan
- günün ilk yarısında tənha qalmayın. Ümumi məqsədə doğru tərəfdaşlarla
və şəriklərlə irəliləmək olar. Həmfikirlərin dediklərinə qulaq asın.
Saatlar keçdikcə, sadəcə, tərəfdaş rolu ilə barışmaq istəməyəcəksiniz.
Maraqlarınızın tapdandığını, kimlərinsə öz davranışı ilə ləyaqətinizi
alçaltdığını düşünəcəksiniz.
Belə hisslərə görə yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə psixoloji gərginlik yaratmayın.
Axşam saatlarına yaxın liderlik məziyyətlərinizi nümayiş etdirin.
Ailə üzvlərinin qayğısına qalın.
Oğlaq
- cari və rutin işlər bir qədər darıxdırıcı olsa da, onları yerinə
yetirmək gərəkdir. Yarımçıq işlər irəliləyişinizə maneələr yaradacaq.
Yaşananlara neytral, emosiyalar olmadan yanaşmaq çox çətindir.
Səbəb
isə istedadsız insanların dühadan, yaramazların ləyaqətdən
danışmalarıdır. Təmkinli olun, belələrinə fikir verməyib öz işlərinizlə
məşğul olun. Yaxınlarınızla təmaslarda emosional amil ön plana çıxmasın.
Günün
ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Rəğbət
bəsləmədiyiniz insanlarla təmasları minimuma endirin.
Paxıllıq, qısqanclıq, qıcıq problemlər yaradacaq.
Dolça
- səhər saatlarından etibarən təşəbbüskar olun, bilik və
bacarıqlarınızı nümayiş etdirin. Saatlar keçdikcə fəaliyyət tempini
aşağı salmayın. Qüvvənizə inanın. Qarşılıqlı münasibətlərdə pozitiv
məqamlar olacaq.
Günün ikinci yarısında ailə və məişət qayğıları ön plana keçəcək. Səhhətinizə fikir verin.
Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin. Orijinal, qeyri-standart yolları seçin.
Balıqlar
- şəxsi münasibətlərdəki problemləri aktiv şəkildə həll edin. Yaxın
ətrafınızdakı insanlara, xüsusilə də ailə üzvlərinə güzəştlərə gedin.
Onların yardım istəklərini qulaqardına vurmayın. Məsləhətlərdə xeyir
var. ehtiyac olarsa, işlərin bir qismini etibar etdiyiniz insanlara
tapşırın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Görüş, danışıqlar, rəğbət bəslədiyiniz insanlarla təmaslar üçün münasib zamandır.
Milli.Az