Asanlıqla əldə edə biləcəyiniz və daim
əlinizin altında olan bu qida növləri ilə saçınızın tökülməsinin
qarşısını ala bilərsiniz. Kosmetik vasitələrlə bunun qarşısını almaq
əvəzinə təbii üsullara əl atmaq daha yaxşıdır. Təbii üsulla
immunitetinizi yüksəldərək və saçların dibini bərkidərək bu problemi
həll edə bilərsiniz. Gəlin, bu qidalarla tanış olaq.
Kök
Kök təkcə gözlər üçün deyil, saçlar üçün də çox faydalıdır. Tərkibindəki A vitamin saçlarını parlaq və sağlam edər.
İspanaq
İspanağın tərkibində B9 vitamini var. B9 vitamini saçları parlaq və
sağlam edər. Yetərincə ispanaq qəbul etdikdən sonra saçlarınızdakı
dəyişiklikləri öz gözlərinizlə görəcəksiniz.
Ləpə
Saçların sağlamlığı üçün omeqa-3 yağına ehtiyacı var. Bu maddəni isə
fındıq, qoz, fıstıq, badamdan əldə edə bilərsiniz. Bu qidaların
tərkibindəki omeqa-3 saçlarınızı gümrahlaşdırar, sink isə onların
tökülməsinin qarşısını alacaqdır.
Soya
E vitamini ilə zəngin qida növüdür. Soyanın tərkibində hemoqlobin
yaradılmasında önəmli yeri olan dəmir kifayət qədər çoxdur. Hemoqlobin
bildiyimiz kimi qanda olur və oksigenin paylanmasında onun çox böyük
rolu var. İnsanda hemoqlobin yetərli qədər olmadığı zaman qandakı
oksigenin də miqdarı azalır və qan dövranında müəyyən problemlər
yaranır. Qan dövranında da belə problemlərin yaranması saçların
tökülməsi ilə nəticələnir.
Tam taxıllı qidalar
Tərkibində B7 vitamini olduğu üçün bu tip qidalar da saçları gücləndirir və tökülməsinin qarşısını alır.
Zeytun yağı
Zeytun yağı E vitamin qaynağıdır. Bu vitamin saçları qoruyan və
qalınlaşdıran bir antioksidandır. Zeytun yağı hüceyrələrin sağlamlığı
üçün də çox lazımlı bir qidadır. Dərini nəmləndirər və yumşaq edər.
Zeytun yağı saç diblərini nəmləndirər və onların qırılmasının da
qarşısını alar.
publika.az