Dünya çempionatının startına bir neçə gün qalmış İtaliya millisinin hücumçusu Mario Balotelli evlilik təklifinə cavab alıb.
Super Mario rəqqas və model Fanni Robert Nequeşə evlilik təklifi edib və ondan “hə” cavabı alıb.
Bu barədə məlumatı futbolçu instaqram səhifəsində paylaşıb:
“O, “hə” dedi. Bu, mənim həyatımda ən vacib “hə”di. Sevirəm səni, ad gününü təbrik edirəm”.
Qeyd edək ki, Balotelli Fanni ilə bir müddət əvvəl ayrılmışdı. Ancaq
modelin futbolçudan hamilə qaldığı məlum olunca, onlar yenidən bir
yerdə olmağa qərar verdilər.

publika.az