Gənc ifaçımız İtaliyada “Festra de Noantre”də Azərbaycanı təmsil edir
15.7.2011

Emin Eminzadə İtaliyanın paytaxtı Romada keçirilən “Festa de Noantre” milli festivalında Azərbaycanı təmsil edir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasından bildirilmişdir ki, istedadlı Azərbaycan vokalçısı festivalda “Osolemio” və “Camayka” mahnılarını ifa edəcəkdir. İyulun 13-16-da keçiriləcək festival çərçivəsində E.Eminzadə İtaliyanın musiqiçiləri, eləcə də məşhur Robertino Lorettinin qonağı olacaqdır.
Qeyd edək ki, Robertino Lorettinin bu il fevralın 13-də Bakıda keçirdiyi konsertdə Emin Eminzadə italiyalı müğənninin repertuarından “Camayka” mahnısını ifa edərək məşhur muğənnini təəccübləndirmişdir. Vokalçının İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri də Robertino Loretti olmuşdur.
Gənc ifaçı Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir.