Bakıda yeni yol çəkilir
10.6.2014

Sürücülərin yolda daha az əsəbiləşməsi, tıxaclarda çox qalmamaları və bu kimi xoşagəlməz hallardan uzaq olmaları üçün daha bir yol, üstəlik 8 zolaqlı yol istifadəyə artıq tam hazırdır.

Paytaxtın mərkəzində Nobel prospektinə paralel çəkilən yolda tikinti işlərinin yekunlaşmasına az qalıb.

Layihəyə görə ərazidə dənizə paralel 1,75 km yol çəkiləcək. Həmin yolun sonunda isə dairəvi qovşaq tikiləcək ki, bu da birbaşa Nobel prospektinə çıxışa imkan verəcək.

Hazırda ərazidə yolun hamarlanması işləri gerçəkləşdirilib. Eyni zamanda ərazidə piyada keçidi salınıb. Piyada keçidləri giriş-çıxışlı olacaq. Keçidlərin hər biri müasir tələblərə cavab verəcək. Yeni yolun tikintisi sürücülərin işini də bir qədər asanlaşdıracaq.

Ərazidə torpaq işlərinin 80%-i demək olar ki, yerinə yetirilib. Yol boyunca səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da salınacaq. Gələcəkdə avtomobili ilə yolu burdan düşənlər rahatlıqla parkinqi də həyata keçirə biləcəklər.

Yeni yol Neftçilər prospektindən Nobel prospektinədək uzanacaq.

Yolun 2014-cü ilin sonunda tamamilə istismara verilməsi gözlənilir.

Oxu.az