Qonaqpərvər Bakı daha bir xarici sənətçini qəbul etməyə hazırlaşır.
Ard-arda bir neçə ifaçının konsertini təşkil edən paytaxt bu dəfə rusiyalı müğənni Yelena Vaenqaya qapılarını açıb.
Sənətçi sentyabrın 28-də Bakıda Heydər Əliyev Sarayında tamaşaçıların qarşısında çıxış edəcək. Heydər Əliyev sarayından bildirilib ki, sənətçinin pərəstişkarları biletləri şəhərin kassalarından artıq əldə edə bilərlər. Biletlərin qiyməti 30-270 manat arasındadır.
Qeyd edək ki, “Aeroport”, “Şopen”, “Qar”, “Ad günü”, “İki qanad”, “Danış”, “Mavi rənglər” kimi mahnılarla tanınan Yelena Vaenqa müğənni olmaqla yanaşı həm də şairə, bəstəkar, pianoçu və aktrisadır.
ANS PRESS