Qoç - uğurlar əldə etmək üçün ifrat dərəcədə
səylərə ehtiyac yoxdur. Praktiki olaraq bütün problemlərin öhdəsindən
gələ bilərsiniz. Bəyəndiyiniz, sərfəli və mənfəətli saydığınız ideyaları
həyata keçirməyə çalışın. Dostlar və yaxınlar sizə yardım etmək
istəməsələr də, problem yoxdur. İşlərin öhdəsindən təkbaşına gəlməyə can
atın.
Günün ikinci yarısında müstəqil fəaliyyət göstərin.
Yaşamınızda və davranışınızda dəyişikliklər etmək zamanıdır. Yeni
imiciniz həyatınızda fərqli mərhələyə təkan verə bilər. Kommersiya
məsələlərini müzakirə və həll etmək üçün münasib zamandır. İşgüzar
duyumunuz iti olsun.
Buğa -
yalnız dəqiq və səlis fəaliyyət planı hazırlayandan sonra aktiv işlərə
başlayın. Bütün detalları fikirləşin, zəif və güclü yönləri nəzərə alın.
Tələskənliyə yol verməyin. Uğurunuza inanın. Təriflər təbii ki, pis
deyil.
Günün ikinci yarısında əsəblərinizin tarıma
çəkildiyini anlayacaqsınız. Çətinliklər riski artır. Həmfikirlərlə dil
tapmağa can atın. Münaqişələr üçün ciddi saydığınız səbəblər önəmsizdir.
Maliyyə itkiləri və uğursuz anlaşmaların reallaşma şansını artırmayın.
Əkizlər
- təxribatlara uymayın. Bu gün yaxın ətrafınızdakı insanlar
əsəblərinizlə oynayacaqlar. Sakitliyin heç olmasa görüntüsünə nail olmaq
böyük səylər və zəhmət tələb edir.
Emosiyaların və hisslərin əsiri olmayın. Belədə daha ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında heç bir halda mənasız riskə getməyin. Şübhəli planlara, avantüralara qatılmayın.
Maliyyə
fonu uğursuzdur. İtkilər ciddi ola bilər. Alış-verişi ertələyin. Sağlam
məntiqlə davranın, ətrafınızdakı insanların çoxsaylı məsləhətlərinə
qulaq asmayın.
Xərçəng - səbrli
və inadkar olun. Sadə olmayan günü itkilərsiz başa vurmağa çalışın.
İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, sayıq, sərvaxt
davranmaq gərəkdir. Gələcək qələbələrin rəhni indi qoyulur. Bazisin
möhkəm olmasına çalışın.
Mühüm əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanlarla müzakirə etməyə dəyməz.
Günün
ikinci yarısında intensiv fəaliyyət, ağıllı davranış rəqibləri
üstələməyə imkan verəcək. Görüşlər, dostlar və həmfikirlərlə ünsiyyət
üçün münasib zamandır. Tək qalanda bədbinliyə qapılmayın. Ruhdan
düşməyin.
Şir - gün uğurlu
başlanacaq. Günün ilk yarısında qətiyyətli və iradəli olsanız, ciddi
irəliləyişlərə nail ola bilərsiniz. Yaxınlarınızla ünsiyyətləri
aktivləşdirin, səmimi və qayğıkeş olun.
Yaşlı qohumlarla dil tapmaq asan olmasa da, ümumi məsələlərin həllində səyləri birləşdirmək gərəkdir.
Günün
ikinci yarısıda pis xəbər, sizi sinirləndirəcək və qıcıqlandıracaq
məlumat alacaqsınız. Fikir ayrılıqları və münaqişələr ola bilər.
Yaradılmasına xeyli səy sərf etdiyiniz münasibətlər kəsilə bilər.
Qız
- çox əlverişli və uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü
olduğundan ciddi səylərə əl atmadan uğura nail ola bilərsiniz. İşlər çox
olsa da, təmkinli davranın. Yaxın ətrafınızdakı insanlar adi günlərlə
müqayisədə sizə yardım istəyi ilə daha çox müraciət edəcəklər.
Dəyər verdiyiniz insanlara "yox" deməyin.
Günün ikinci yarısında maraqlandığınız işlərlə məşğul ola bilərsiniz.
Maliyyə
fonu uğurludur. Planlaşdırılmamış alış-veriş etmək, sövdələşmələr və
anlaşmaları müzakirə etmək olar. Əhvalınız yaxşı olacaq.
Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
Tərəzi
- pis gün deyil. Hər şey istədiyiniz kimi olmasa da, tövrünüzü
pozmayın. Sakit və təmkinli olun. Yaxın ətrafınızdakı insanların
bədbinlikdən qurtulmaları üçün əlinizdən gələni edin. Ruhdan düşməyin.
Həssas insanlar sizə can atır, yardım istəyirlər. Onlar özlərini
yanınızda daha rahat hiss edirlər.
Günün ikinci yarısında
qətiyyətli və iradəli olun. Mühüm, çətin məsələləri, ağır problemləri
təkbaşına da həll etmək olar. Ciddi səhvlərə yol verməyin, dürüst
nəticələr əldə edin. Son vaxtlar darıxdığınız insandan axşam saatlarında
xəbər alacaqsınız.
Əqrəb -
danışıqlarla müzakirələrdə çox vaxt keçirməyin. Belə müzakirələr xoş
olsa da, mənasızdır. Mühüm məsələni sanki təsadüfən yada salın. Faydalı
məlumat əldə etməyə çalışın.
Əks cins mənsubları ilə
danışıqlarda ehtiyatlı olun. Onlar yoxlanmamış məlumat yayaraq sizi
yanlış qərarlara təşviq edə bilərlər.
Günün ikinci yarısında
bütün diqqəti işə yönəldin. Maksimal nəticələrə nail olmaq üçün
fəaliyyətin optimal variantını gerçəkləşdirin. Minimum səylərlə ən
yüksək nəticə əldə etməyə çalışın. İdeyalarınızı ilkin formada
reallaşdırmaq çətin olsa da, özünüzlə tərəfdaşlarınızın işinizi
asanlaşdıra bilərsiniz.
Oxatan -
yaşam sizə çox asan, asudə gəlməsin. Həyatı daha da çətinləşdirəcək
süni problemlər yaratmayın. Ünsiyyətdə xasiyyətinizin ən pis yönlərini
sanki bilərəkdən nümayiş etdirməyin. Münaqişələr yaratmayın. Yalnız öz
rifahını və maraqlarını düşünən insanlarla aqressiv davranmayın.
Günün
ikinci yarısında istənilən fiziki iş zamanı ehtiyatlı olun. Travma
riskli gündür. Mürəkkəb alətlər və avadanlıqlar sıradan çıxa bilər.
Maliyyə baxımından uğursuz zamandır. İtkilər və məsrəf riski artır.
Oğlaq
- məhsuldar gündür. Sizin üçün önəmli, amma mürəkkəb işə başlaya
bilərsiniz. Yaşam enerjisi və qüvvələriniz ən çətin işin öhdəsindən
gəlməyə imkan verir. Etibarlı dostlar və müttəfiqlər sizi tək
qoymayacaqlar.
Peşəkar fəaliyyətinizin perspektivlərinin
müəyyən mənada asılı olduğu insanla günün ikinci yarısında ünsiyyəti
aktivləşdirin. Romantik münasibətlərə başlamaq üçün əlverişli gün deyil.
Görüş uğursuz olacaq.
Dolça
- nə istədiyinizi dəqiqləşdirin. Sizi dilə tutsalar da, kənar işlərə
razılaşmayın. Yanındakı insanlarla manipulyasiyalar etmək və onlardan öz
maraqları üçün faydalanmağa adət edən insanlara sərt cavab verin.
Onları özünüzdən uzaq saxlayın.
Dostlar və tanışlarla mbüahisə etməyin.
Günün
ikinci yarısında yaradıcılıq potensialı yüksək olacaq. Təxəyyülü işə
salın. İlk baxışdan sadə, banal təsir bağışlayan problemlərin həllinə
yaradıcı yanaşın.
Yaranan suallara cavab verin.
Balıqlar
- səmimi, qayğıkeş olmağa çalışın. Belə davranış yaxın ətrafınızdakı
insanları laqeyd qoymayacaq. Yeni tanışlıqlar üçün pis zaman deyil.
Yaşamınızda sonradan önəmli rol oynayacaq romantik münasibətlər yarana
bilər. Çoxdan bəri arzuladığınız işlə məşğul olun. İndiyədək dəfələrlə
yardım etdiyiniz insan bu gün köməyinizə gələ bilər.
Günün
ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Hisslərə və
emosiyalara qapılaraq impulsiv davranmayın, spontan addımlar atmayın.
Münaqişələrə səbəb olmayın, bədxərclik etməyin.
Pullar az sonra karınıza gələ bilər.
Milli.Az