Şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər başa çatmışdır
6.3.2012

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin “Diabet məktəblərinin təşkili” birgə layihəsi çərçivəsində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təşkil olunan təlimlər başa çatmışdır.
İSİM-dən verilən məlumata görə, təlimlərin məqsədi bilik və davranışlara nail olmaqla xəstə insanlarda özünənəzarətin gücləndirilməsidir. Həkim-endokrinoloqlar tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı məlumat verilmiş, maarifləndirici materiallar paylanılmışdır. Eləcə də “ANS” televiziyasının “Salam, Azərbaycan” proqramında təlimlər barədə geniş reportaj nümayiş etdirilmişdir.
Eyni zamanda, təlim iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.
Təlimlərin növbəti mərhələsinə martın 12-də başlanılacaqdır.

                                                                                                                                 AzərTAc