Yeni avtomobil yolu çəkilib
11.6.2014

Azərbaycan Respublikası Prezidentinin “Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 19 avqust tarixli sərəncamına uyğun olaraq, inşasına keçən ilin noyabrında başlanan Sincan-Xaçmaz-Filfilli avtomobil yolunun tikintisi başa çatıb.

Ümumilikdə, 6 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 23 kilometr olan avtomobil yolunun tikintisinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Oğuz Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, avtomobil yolunun üzərində 26 ədəd suötürücü qoyulub, yolun Filfilli-Xaçmaz istiqamətində 6 kilometrlik hissəsinə 12, Xaçmaz-Sincan istiqamətində 17 kilometrlik hissəsinə isə 7 santimetr qalınlığında asfalt-beton örtük çəkilib.

Avtomobil yolundan bu ərazidə yaşayan 11 min nəfər əhali faydalanacaq.

Oxu.az