1 ton ağırlığı, 1,7 milyon dollar qiyməti olan televizor - FOTO
11.6.2014

Londondakı "Titan" şirkəti dünyanın ən böyük televizoru olan "Zeus"un satışlarına başlayıb.

 
Ekranı 370 düym, yəni eni 8 metr, hündürlüyu 5 metr olan bu televizor 4K, yəni ikiqat dəqiqlik sistemi ilə işləyir.
 
20 kanala eyni vaxtda baxmağa imkan verən nəhəng ekranlı televizorun satış qiyməti 1,7 milyon dollardır.
Ekranı 65 milyard rəngli, ağırlığı 1 ton olan televizor pultla yanaşı, qarşısında oturan insanın göz vurması ilə kanalları dəyişə bilir.
 
Üstəlik, "Zeus" otaqda işıqlanma səviyyəsinə avtomatik reaksiya verən ilk televizordur.
 


Milli.Az