Ukraynanın Xarkov vilayətindən Bakıya yeni təyyarə reysi açıldı. Xarkov vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Xarkov-Bakı, Bakı-Xarkov reyslərini "Dniproavia" şirkəti həyata keçirəcək.
Yay mövsümündə belə reysin açılması vilayətdə yaşayan 40 minə yaxın azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.
Xarkov-Bakı reysi uçuşlarını iyunun 21-dən başlayaraq hər həftənin 2-ci və 6-cı günləri yerli vaxtla 14:40-da həyata keçirəcək.
Qeyd edək ki, mayın 19-da Dnepropetrovsk şəhərindən Bakıya ilk uğurlu uçuşunu edən "Dneproavia" şirkəti yay mövsümündə Xarkov vilayətində yaşayan soydaşlarımızı da rahat və sərfəli xdmətləri ilə sevindirəcək.
ANS PRESS